|
geceadi@gmail.com |
|
Həsən Səfəri / Şeir / Bir insan döyüşür |
|
+ Şeirlər:
Bir insan döyüşür
Burda bir insan döyüşür aşırı[1] bir insan ağrını ağrıdan odu yandıran günəşi utandıran bir insan, aşırı bir insan, gözlərində hun yuxusu ağırlardı ürəyində pəçənək[2] qövğası. ağlardı elinə dilinə yiyəsiz ulusuna və yanardı. Burda bir insan döyüşür aşırı bir insan, əlləri qandallı gözləri bağlı və yapayalnız canı ovucunda dünyanı dizə çökdürmüş bir insan aşırı bir insan,
ürəyi okean iradəsi atom çəkirdəyi[3] və baxışları alovu yaxardı. Burda bir insan döyüşür aşırı bir insan əli-cebi bomboş Atilla ürəkli, mələklər ayağına düşmüş məzlumluq alnının damğası və üsyanı dilində zəncirləmiş bir insan aşırı bir insan, susması günəş tutulması harayı atom partlyışı və canı ovucunda dünyanı dizə çökdürmüş bir insan |