|
geceadi@gmail.com |
|
Həsən Səfəri / Şeir / Hardasan? |
|
+ Şeirlər:
Hardasan?
Of sevgilim türkülərimin həzin laylası yollarımdan qopmayan baxışlarımın nisgili ürəyimin sevgi dağı duyğularımın həsrət qoxusu sevgilim! Hardasan? Qərib Təbrizimdəmi qəribsədin? kimsəsizlədin Gözəl Bakımdamı özünə özgələşdin? özgəyə bələşdin Və bəlkə İstanbulumda Allahu əkbərə boyanıb özünü itirdin? Altaylarımda rus bəlasına uğradın? Siberiyamda ürəyin dondu? Və ya bozqırımda yolunumu itirdin? Urumç[1]umda Çin darındanmı asıldın?
Of sevgilim harda qaldın? heç düşlərimdən boşanmadın baxışlarımdan boşanmayan həsrətin kimi. Oy .. Ötükən[2] qoxulum Təbriz qururlum sevgilim buyur buyur gəl bu ürək sənindir səni gözləyir. ____________________________________________________ [1] - Çin işğalında olan Şərqi Türkistanın paytaxtı [2] - Göytürklərin paytaxtı və müqəddəs şəhəri. Bugün Monqulistanda yerləşən qədim türk şəhəri.
|