|
geceadi@gmail.com |
|
|
|
|
|
Yaxdılar məni
Oy annəm! Nazlı annəm bilirsənmi? Minlər dəfə yaxdılar məni minlər dəfə, Təbrizdə evi yıxılan ulusunun yiyəsiz kitabları kimi[1]. Sındırdılar, param-parça etdilər ürəyimi, Ərkinin duvarları kimi. Soldurdular gəncliyimi Qaradağının yay görməyən qarçiçəyi kimi. Və ürəyimdə çağlayan arzularımı Savalanının buz gölündə dondurdular. Ağzımı qapadılar sözü ağzında susan dəmir Aşığın kimi[2]. Qurbəti qıydılar mənə annəm türkülərimi həsrət çağrısı
duyğularımı yanqıya çevirdilər Eynalımın[3] qırmızı torpağının yanqısı kimi. Və ürəyimdə bir küsgünlük yağıdan yaddan hətta özümüzdən və özgəliyimizdən. Bilirmisen annəm? Yüzlər dəfə satdılar məni yüzlər dəfə əti-qanı özümüzdən rus başlılarım fars başlılarım daş başlılarım belə. _______________________________________________ |